...

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

Siyasət Materials 2 İyun 2025 16:00 (UTC +04:00)
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Dəyişikliyə görə, bundan sonra həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Xəbər lenti

Xəbər lenti