...

Rubio ilə Lavrov arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 2 İyun 2025 03:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ukrayna böhranı ilə bağlı vəziyyət müzakirə edilib.

“Dövlət katibi bu gün Rusiyanın xarici işlər naziri Lavrovla telefon danışığı aparıb. Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb", - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti