...

Almaniyada təyyarə qəzaya uğrayıb, ölən var

Dünya xəbərləri Materials 31 May 2025 22:49 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib.

Trend xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib.

Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib.

Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti