...

Bu gün keçirilən qəbul imtahanında 1 sualda texniki səhvə yol verilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2025 21:38 (UTC +04:00)
Bu gün keçirilən qəbul imtahanında 1 sualda texniki səhvə yol verilib (FOTO)

Bakı. Trend:

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.

Qeyd edək ki, həmin sual A variantında 11-ci, B variantında 18-ci, C variantında 8-ci, D variantında isə 13-cü sualdır.

Xəbər lenti

Xəbər lenti