Bakı. Trend:
İyunun 1-də Dənizkənarı Milli Park ərazisində Voleybol Festivalı keçiriləcək.
Trend xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər. Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.
Festivalın keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.