...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub

Cəmiyyət Materials 1 İyun 2025 22:23 (UTC +04:00)
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub

Bakı.Trend:

Bu gün günorta saat 13 radələrində 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.

Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə nəticəsində bir məhkum xəsarət alıb.

Hadisə zamanı cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti