...

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 1 İyun 2025 18:06 (UTC +04:00)
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti