...

Həftəsonu 30 kiloqramadək narkotik vasitə aşkarlanıb – DİN

Gündəm Materials 2 İyun 2025 10:49 (UTC +04:00)
Həftəsonu 30 kiloqramadək narkotik vasitə aşkarlanıb – DİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də və iyunun 1-də ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqrama yaxın heroin, 24,2 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4897 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti