...

Səhiyyə Nazirliyi dövlət qulluqçusunun Rəqəmsal iş yeri adlı yeni elektron sistemi istifadəyə verib

Cəmiyyət Materials 2 İyun 2025 11:23 (UTC +04:00)
Səhiyyə Nazirliyi dövlət qulluqçusunun Rəqəmsal iş yeri adlı yeni elektron sistemi istifadəyə verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyində dövlət qulluqçusunun Rəqəmsal iş yeri - “İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.

Trend xəbər verir ki, təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüs dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verir: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal hökumətə keçidin sürətləndirilməsi və iqtisadiyyatın diversifikasiyası məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal səhiyyə ekosisteminin inkişafı ilə bağlı tədbirləri davam etdirir”.

Nazirin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında mühüm rol oynayır. Bildirilib ki, vətəndaşların sağlamlığının, eyni zamanda səhiyyənin təhlili və monitorinqi sisteminin vahid rəqəmsal landşafta inteqrasiyası əhalinin sağlamlığının yaxşılaşdırılması, habelə səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırması üçün əsaslandırılan qərarların qəbuluna dəstək olacaq.

Teymur Musayev, həmçinin qeyd edib ki, tibbi xidmətlərin əlçatanlığının və dəqiqliyinin artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. “Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə nazir fikrini tamamlayıb.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, ötən il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən 45-ə yaxın rəqəmsal təşəbbüs həyata keçirilib ki, bunlardan 17-si Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb: “Onların arasında ölkədə səhiyyə sahəsində funksiyaların icrasında mühüm rol oynayan texnoloji həllər tətbiq edilib. Bunlara "Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi", "Elektron resept sistemi", "Elektron epikriz sistemi", "Elektron bülleten sistemi" və digər sistemlər daxildir. Lakin bugün təqdim olunan "İntranet" sistemi xüsusi qürur mənbəyidir. “Agile” metodologiyası ilə hazırlanmış bu sistem dövlət landşaftında ilk dəfə olaraq dövlət qulluqçusunun iş yerini avtomatlaşdıran sistemdir”.

Səhiyyə nazirinin müşavirinin sözlərinə görə, yaradılmış "İntranet" sistemi yalnız nazirliyin səlahiyyətli əməkdaşlarının giriş imkanına malik olduğu təhlükəsiz və qapalı şəbəkə mühitidir. Bu isə məlumatların məxfiliyini və idarəetməsini təmin edir: “Sistem nazirliyin daxili rəqəmsal resurslarına fasiləsiz çıxışa, iş materialları və sənədlərin strukturlaşdırılmış şəkildə saxlanmasına, əməkdaşlığa və sənəd mübadiləsinə imkan yaradır. “İntranet” sistemində iş sənədləri, xəbərlər, əməkdaşların əlaqə məlumatları, iclas otaqlarının rezervasiyası, tibbi reyestrlərə və tibbi məlumatların analitik modullarına çıxış və dövlət qulluqçusunun gündəlik fəaliyyəti ilə bağlı digər vacib məlumatlar mövcuddur”.

Tədbir çərçivəsində, həmçinin İntranetə inteqrasiya olunmuş "Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sisteminin təqdimatı olub.

Sistem səhiyyənin 17 sektoru üzrə statistik və real vaxtda əldə edilən məlumatlar əsasında ətraflı analitik məlumatları əldə etməyə imkan verir: “Bu məlumatlar vətəndaşların cari sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsində, səhiyyə sahəsindəki trendlərin aşkarlanmasında və sektorun strateji planlaşdırılmasında mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti