...

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ

Cəmiyyət Materials 2 İyun 2025 11:59 (UTC +04:00)
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür - RƏSMİ
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən Trend-ə verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

"Pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib. Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür."

E.Yusubov onu da bildirib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır.

"Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab berən tikililər isə saxlanılır.Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub. Onun sözlərinə görə, Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb. E.Yusubov onu da bildirib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti