...

İstanbulda Ukrayna-Rusiya danışıqlarının keçiriləcəyi binada yoxlanış aparılır

Dünya xəbərləri Materials 2 İyun 2025 10:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstnabul şəhərində Ukrayna sülh danışıqları üzrə rəsmi Kiyev və Moskvadan göndərilən nümayəndə heyətləri arasında görüşün keçiriləcəyi Çırağan sarayında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sarayın ərazisində bombaya qarşı yoxlanış keçirilir. Girişdə turniketlər quraşdırılıb, içəri daxil olanların üzərinə və əşyalarına gücləndirilmiş baxış keçirilir, sarayın ərazisində aparılan yoxlanışlara təlim keçmiş itlər də cəlb edilib.

Qeyd edək ki, bu gün (2 iyun-red.) Türkiyədə Moskva ilə Kiyev arasında birbaşa danışıqların ikinci raundu başlayacaq. Rusiya prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti artıq İstanbula gəlib. Tərəflər atəşkəsə dair memorandum layihələrini təqdim edəcəklər. Reuters agentliyinin məlumatına görə, Ukraynanın təklif etdiyi variant cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını, azı bir ay müddətinə tam atəşkəsin təmin olunmasını və əsirlərin tam mübadiləsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti