...

Qlobal Cənub və Şərqin təhlükəsizlik təhdidlərindən təklikdə qorunmaq imkanı yoxdur - Ramil Usubov

Siyasət Materials 2 İyun 2025 10:59 (UTC +04:00)
Qlobal Cənub və Şərqin təhlükəsizlik təhdidlərindən təklikdə qorunmaq imkanı yoxdur - Ramil Usubov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 27-29 may tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda 13-cü beynəlxalq görüşü keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Dünyanın 105 ölkəsinin təmsil olunduğu, 126 nümayəndə heyətinin iştirak etdiyi üçgünlük dialoq çərçivəsində qlobal miqyasda bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması, mühüm informasiya infrastrukturunun terror hücumlarından və təxribatlardan qorunması, o cümlədən internet fırıldaqçılgı ilə mübarizə məsələləri müzakirə olunub.

R.Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.

Tədbir çərçivəsində keçirilən görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti