...

Türkiyə Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur - Müşavir

Siyasət Materials 2 İyun 2025 10:37 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə və Azərbaycan arasında bir çox sahələrdə anlaşma var.

Trend xəbər verir ki, bunu "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda dəyirmi masa'da çıxışı zamanı MHP sədrinin baş muşaviri Esma Özdaşlı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin dünyada bənzəri yoxdur.

"Biz bunu Qafqaz İslam ordusu və Çanaqqala ilə örnəkləndirə bilərik.

Nuru Paşa Azərbaycanda Bakı Fatehi olaraq bilinir. Eyni zamanda azərbaycanlı qardaşlarımız da Çanaqqalada vuruşublar. Bununla yanaşı Azərbaycanın 1991-ci ildə müstəqilliyini tanımaq ilk dövlət Türkiyə olmuşdur. Azərbaycan müstəqilliyini elan etdikdən sonra ölkələrimiz arasında hərbi münasibətlər də güclənib. ", -deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti