...

UEFA ən güclü klubların reytinqini dərc edib

İdman Materials 2 İyun 2025 11:40 (UTC +04:00)
UEFA ən güclü klubların reytinqini dərc edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Futbol Assossasiyaları İttifaqı (UEFA) öz saytında 2024/2025 mövsümünün nəticələrinə əsasən futbol klublarının reytinq cədvəlini dərc edib.

Trend xəbər verir ki, yeni reytinq cədvəlində lider dəyişib.

Belə ki, Madridin “Real” klubu İngiltərənin “Mançester Siti” klubunu sıxışdıraraq, cədvəlin zirvəsinə yüksəlib. İlk üçlüyü müvafiq ardıcıllıqla “Mançester Siti” və Almaniyanın “Bayern Münix” klubu tamamlayır.

Çempionlar liqasının cari qalibi- Parisin “PSJ” klubu isə reytinqdə beşinci pillədə qərarlaşıb.

Azərbaycandan ən yüksək xal toplayan (32,000) “Qarabağ” futbol klubu reytinq cədvəlində 69-cu yerdə gəlir. “Neftçi” futbol klubu isə 8000 xalla 187-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti