...

TƏBİB Goranboyda minaya düşən şəxsin vəziyyətini açıqlayıb

Hadisə Materials 2 İyun 2025 10:15 (UTC +04:00)
TƏBİB Goranboyda minaya düşən şəxsin vəziyyətini açıqlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Goranboyda iki gün əvvəl minaya düşən şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti