Xankəndi. Trend:
Qarabağ Universitetinin aparıcı Universistetlərdən birinə çevirilməsi üçün müxtəlif istiqamətlərdə işlər görülür.
Trend-in yerli müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd təhsil sahəsində irəlliləmək üçün səfərbər olmağa çağırışdır:
"1150 tələbəsi olan Qarabağ Universiteti hazırda kifayət qədər yaxşı irəliləyir. Onun gələcək üçün daha da inkişaf etməsi bizim əsas məqsədlərimizdəndir".