Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İsveçrəyə 100,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur.
Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 9,41%-i həcmində olub.
Bununla da İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.