...

ABŞ-də dinc aksiyaya “molotov kokteyli” atılıb: 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 2 İyun 2025 10:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kolorado ştatında bir nəfərin molun qarşısında nümayiş keçirən insanların üzərinə alışqan maddələr atmasın nəticəsində səkkiz nəfərin xəsarət alıb.

Bu barədə Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin Federal Təhqiqatlar Bürosu İsrailli girovlara dəstək məqsədilə keçirilmiş dinc aksiyaya hücumu hələlik “terror aktı” kimi nəzərdən keçriir.

Şübhəli şəxs 45 yaşlı Misir vətəndaşı Muhamməd Səbri Süleymandır. Viza müddəti 2023-cü ildə bitmiş şübhəlinin nüayişçilərin üzərinə Molotov kokteylləri atdığı bildirilir. O sonradan hüquq mühafizə orqanları tərəfindən həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti