...

PSJ Çempionlar Liqasının qalibi olub

İdman Materials 1 İyun 2025 00:53 (UTC +04:00)
PSJ Çempionlar Liqasının qalibi olub

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Trend xəbər verir ki, bu gün turnirin final görüşü keçirilib. Həlledici oyunda İtaliyanın "İnter" klubu ilə Fransa təmsilçisi PSJ üz-üzə gəlib.

Almaniyanın Münhen şəhərində keçirilən qarşılaşma PSJ-nin 5:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb. Paris klubu bu qələbə ilə tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

UEFA Çempionlar Liqası, final

23:00. PSJ - "İnter" 5:0

Qollar: A.Hakimi,12, D.Doue,20,63, K.Kvaratskelia,73, S.Mayulu,87

Xəbər lenti

Xəbər lenti