Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 71 156 min ədəd həcmdə 3,177 milyard manat məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 21 309 min ədəd və ya 42,7%, məbləğ baxımından isə 851 milyon manat və ya 36,6% çoxdur.
Bundan başqa, 2025-ci ilin mayın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 36,3 min ədəd həcmdə 9,8 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 14,3 min ədəd və ya 65%, məbləğ baxımından isə 4,4 milyon ABŞ dolları və ya 81,5 % artım deməkdir.
Eyni zamanda cari ilin mayın 1-nə ölkədə Banklararası Kart Mərkəzi vasitəsilə 21 min ədəd həcmdə 2,6 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Bu göstərici həcm baxımından illik müqayisədə 145,4 min ədəd və ya 87,4%, məbləğ ifadəsində isə 2,1 milyon avro və ya 44,7% azdır.