...

Dünyada ən çox bahalaşan mallar məlum olub

Dünya xəbərləri Materials 2 İyun 2025 09:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

May ayının nəticələrinə görə, investorlar üçün ən çox gəlir gətirən mallar kakao paxlası və platin olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasında qeyd olunub.

Statistikaya görə, şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% artıb. Digər məhsullardan ən çox portağal suyu 8%, həmçinin düyü və yulafın qiyməti 2,9% yüksəlib. Metallar arasında platin 9,2% bahalaşaraq, ən böyük artım göstərib. Qalay (+5,2%) və mis (+3,1%) də bahalaşıb. Qızılda bahalaşma 2,9% təşkil edib.

Energetika sektorunda 8,2%-lə ən çox kömür bahalaşıb. Avropada qaz 5,5%, uran isə 5,4% bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti