...

Rusiyada körpü aşıb, ölən var

Dünya xəbərləri Materials 1 İyun 2025 05:29 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Bryansk vilayətində körpü aşıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı sərnişin qatarının vaqonları körpünün dağıntıları altında qalıb. Körpünün aşması nəticəsində 7 nəfər ölüb, daha 31 nəfər isə xəsarət alıb.

FHN əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti