Bakı. Trend:
Yerə daxil olmuş maqnit qasırğası bir neçə gün davam edəcək. G4 gücündə başlayan qasırğa nisbətən zəifləyərək G1 səviyyəsinə enəcək.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Hava Mərkəzi məlumat yayıb.
“Hələlik Yerdə qasırğanın səviyyəsi G1 səviyyəsində qalacaq”, - mərkəzin mütəxəssislərindən biri bildirib.
Bundan əvvəl rusiyalı alimlər günəşdə baş vermiş güclü partlayışdan sonra yaranan plazma buludunun iyunun 1-də Yerə çatacağını bildirmişdilər.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində hər kvadratmetrə b10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır.