Bakı. Trend:
Yaponiyada Hokkaydo adasının sahillərində güclü zəlzələ baş verib.
Trend bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 03:51-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5,9 bala çatıb.
Zəlzələnin episentri 7 mindən çox əhalisi olan Hiroo qəsəbəsindən 53 kilometr cənub-qərbdə qeydə alınıb. Yeraltı ocaq isə 33 kilometr dərinlikdə olub.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb, regionda sunami təhlükəsinin olmadığı deyilir.