Bakı.Trend:
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya
çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə
bağlı aparılan təhqiqat çərçivəsində 6 nəfər həbs edilib.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisəyə görə həbs edilənlərin Azər Həsənov, Eynulla
Babazadə, Məhəmməd Qaitayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar
Əsədov olduqları bildirilir.
Onlar "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək
həbs olunublar.