...

ABŞ-də 250 milyon arı ətrafa səpələndi

Dünya xəbərləri Materials 31 May 2025 17:00 (UTC +04:00)
ABŞ-də 250 milyon arı ətrafa səpələndi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Vaşinqton ştatında 31,000 kiloqramdan çox çəkidə arı pətəyi daşıyan iri yük maşının aşması nəticəsində 250 milyona yaxın arı ətrafa səpələnib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə Vaşinqton ştatının şimal-qərbində Kanada sərhədinə yaxın yerləşən Linden şəhərinin kənarında baş verib. Yerli şerif idarəsi sosial şəbəkə hesabında əraziyə 250 milyona yaxın arının yayıldığını, insanları həmin ərazidən uzaq olmağa çağırır.

Ekspertlər arıların kütləvi tələf olmaması üçün onları yenidən arı pətəklərini qaytarmağı planlaşdırır. Həmin yolda avtomobillərin hərəkəti müvəqqit olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti