Bakı. Trend:
Rusiyanın Bryansk vilayətində körpünün uçması nəticəsində yaralananların sayı 66 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz "Telegram" kanalında yazıb.
"Bu saata olan məluma görə, yaralananların sayı 3-ü uşaq olmaqla 66 nəfər təşkil edir", - deyə qubernator bildirib.
Qeyd edək ki, mayın 31-də Moskva vaxtı ilə saat 22:44-də Bryansk vilayətinin Pilşino-Vıqoniçi hissəsində Klimov-Moskva marşrutu ilə hərəkət edən 86 nömrəli sərnişin qatarının lokomotivi və vaqonları körpünün uçması nəticəsində relsdən çıxıblar. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz hadisə nəticəsində 7 nəfərin oldüyünü deyib.