...

Zelenski iyunun 2-də Ukraynanın Rusiya ilə danışıqlarda iştirakını təsdiqləyib

Dünya xəbərləri Materials 1 İyun 2025 17:41 (UTC +04:00)
Zelenski iyunun 2-də Ukraynanın Rusiya ilə danışıqlarda iştirakını təsdiqləyib

Bakı. Trend:

Ukraynanın müdafiə naziri Rustem Umerov növbəti dəfə İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

"Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargahın, Ukraynanın kəşfiyyat və Təhlükəsizlik Xidmətinin hesabatlarını dinləyib. <...> Bazar ertəsi İstanbul görüşündən əvvəl mövqeləri müəyyən etdim", - deyə o bildirib.

V.Zelenskinin sözlərinə görə, nümayəndə heyəti bir çox məsələləri, o cümlədən atəşkəs və məhbusların azad edilməsini müzakirə etməyi planlaşdırır. “Bazar ertəsi nümayəndə heyətimizə Rustem Umerov başçılıq edəcək”, - deyə Zelenski yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti