...

Bakıda məhkum analar övladları ilə birlikdə maraqlı vaxt keçiriblər (FOTO)

Cəmiyyət Materials 1 İyun 2025 11:34 (UTC +04:00)
Bakıda məhkum analar övladları ilə birlikdə maraqlı vaxt keçiriblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən təsis edilmiş və dünyanın əksər dövlətlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tanınan 1 iyun tarixi ölkəmizdə də hər il qeyd edilir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, bu gün münasibətilə Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində növbəti dəfə tədbir təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.

Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti