...

İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib

Dünya xəbərləri Materials 1 İyun 2025 16:38 (UTC +04:00)
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu "HƏMAS" hərəkatının hərbi qanadı sayılan "Əl-Məvasi" batalyonunun komandirini zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Bildirilib ki, o, 2024-cü ilin yanvarında 21 İsrail əsgərinin ölümünə görə məsuliyyət daşıyıb.

"İsrail ordusu "HƏMAS"ın "Əl-Məvasi" batalyonunun komandiri Xəlil Əbd əl-Nasir Məhəmməd Xatibi vuraraq məhv edib", - deyə bildirilib.

Məlumata əsasən, öldürülən şəxs “22 yanvar 2024-cü ildə İsrail qoşunlarının əməliyyat apardığı binalara, eləcə də Əl-Məvasi bölgəsində qüvvələrin təhlükəsizliyini təmin edən tank bölməsinə tank əleyhinə raket zərbələri endirən terrorçu bölməyə rəhbərlik və nəticədə 21 əsgər həlak olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti