Bakı. Trend:
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların İstanbulda baş tutması üçün səy göstərir.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radevlə telefon söhbətində bildirib.
Ərdoğan Türkiyənin bölgədə sülhü təmin etmək üçün əlindən gələni etdiyini bildirib.
Prezidentlər, həmçinin Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.