...

Şuşa beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 1 İyun 2025 12:42 (UTC +04:00)
Şuşa beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Şuşa. Trend:

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Türkdilli xalqların birliyini əks etdirən festivalda elm və təhsil naziri Emin Əmrullayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak edib.

Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdır.

xxx

11:40

Şuşa şəhərində türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir.

Trend-in məlumatına görə, festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Məlumata əsasən, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti