Bakı.Trend:
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
XXX
12:01
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.