Bakı.Trend:
Bakıda vətəndaşlara qarşı özəl neft şirkətinə işə düzəldəcəyi ilə bağlı vəd verərək külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi yekunlaşıb.
Trend-in məlumatına görə, təqsirləndirilən şəxs zərərçəkmişləri sözügedən şirkətdə sürücü, anbardar kimi vəzifələrə düzəldəcəyinə inandırıb.
Belə ki, təqsirləndirilən şəxs bu yolla müxtəlif şəxslərdən ümumilikdə 12 000 manat alaraq dələduzluq edib.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.