Bakı. Trend:
Çexiyanın ədliyyə naziri Pavel Blajek nazirliyə bitkoinlərin ianə qalmaqalına görə istefa verəcək.
Trend-in məlumatına görə, bu barədə Çexiya İnformasiya Agentliyi xəbər verib.
Faktla bağlı iş Çexiya Ədliyyə Nazirliyinin təxminən 1 milyard kron (təxminən 40 milyon avro) dəyərində bitkoinləri hədiyyə olaraq qəbul etməsi ilə bağlıdır. Müstəntiqlərin fikrincə, kriptovalyuta 2017-ci ildə mənimsəmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-qanuni silah saxlama ittihamı ilə həbs edilmiş Tomaş Yirjikovski adlı şəxs tərəfindən göndərilib. əmin şəxs qeyri-qanuni maddələrin satıldığı onlayn platformanı idarə edirdi. O, 2021-ci ildə azadlığa çıxıb.
Polis həmin şəxsin bitkoinlərin saxlandığı elektron pul kisəsini müsadirə edib. Lakin azad edildikdən sonra Yirjikovski onu geri aldı. Müstəntiqlərin fikrincə, pul kisəsi ümumilikdə 1561-dən çox bitkoindən ibarət olub, onlardan 468-i Çexiya Ədliyyə Nazirliyinə daxil olub. Mayın 30-u axşama olan məlumata görə, son məbləğ 49 milyon dollardan bir qədər artıqdır.
Bildirilib ki, Çexiya Ədliyyə Nazirliyi ianə edilən bitkoinləri özəl investorlara demək olar ki, bir milyard krona satıb. İndi polis çirkli pulların yuyulması şübhəsi səbəbindən kriptovalyutanı dondurmağa çalışır.