Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 30-da ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin olub.
Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.