Bakı. Trend:
Türkiyənin İstanbul şəhər baş prokurorluğu şəhər meriyasında korrupsiya halları ilə bağlı iş üzrə istintaq çərçivəsində növbəti həbs dalğasını həyata keçirib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş prokurorluq 47 şübhəlinin saxlanılması haqda həbs orderi verib.
Məlumata görə, sayca beşinci olan cari həbs dalğasında polis barələrində həbs orderi verilənlərdən 30 nəfəri saxlayaraq polis şöbəsinə aparıb. Onların arasında İstanbulun üçü iri rayonunun bələdiyyə sədrləri də yer alır. İstanbullu məmurlarla yanaşı, Adana şəhərindən də iki bələdiyyə sədrinin, eləcə də CHP partiyasından deputatları və bəzi üzvlərin həbs edildiyi bildirilir.
Barələrində həbs orderi verilənlərdən bəziləri ölkə xaricindədir. Polis və istintaq orqanları paralel olaraq İstanbulun bir sıra rayonlarının bələdiyyə binalarında axtarışlar aparıblar.