...

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə zəng edib

Siyasət Materials 30 May 2025 19:13 (UTC +04:00)
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə zəng edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

Trend xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.

Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti