...

Bosniya və herseqovinalı futbolçu “Fənərbağça” ilə vidalaşdı

İdman Materials 30 May 2025 20:39 (UTC +04:00)
Bosniya və herseqovinalı futbolçu “Fənərbağça” ilə vidalaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və herseqovinalı futbolçu Edin Ceko Türkiyənin "Fənərbağça" klubundan ayrılıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Vida zamanı gəlib çatdı. Ayrılmaq əsla asan deyil. Xüsusilə də bu klub “Fənərbağça”dırsa. İki il ərzində mənə öz ailəsi kimi davranan hər kəsə təşəkkür edirəm”, - təcrübəli forvard yazıb.

Qeyd edilir ki, Edin Ceko “Fənərbağça” karyerasını 99 oyunda vurduğu 46 qol və etdiyi 18 məhsuldar ötürmə ilə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti