...

Avropa Komissiyası Rumıniyanın təxminən 1 milyard avroluq tranşını dayandırıb

Dünya xəbərləri Materials 30 May 2025 18:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Rumıniyaya 869 milyon avro məbləğində maliyyə tranşını dayandırıb. Buna səbəb Rumıniya hakimiyyətinin AK-nin irəli sürdüyü iki əsas şərti yerinə yetirməməsidir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rumıniyanın investisiyalar və Avropa layihələri üzrə naziri Marçel Boloş bildirib.

“Avropa Komissiyası... €869 (avro) milyon məbləğində vəsaitin ödənilməsini dayandırıb. Bu məbləğin €814 milyonu qrant, €55 milyonu isə kredit hissəsidir”, – deyə o qeyd edib.

Boloşun sözlərinə görə, bu vəsaitlər COVID-19 pandemiyasından sonra iqtisadi bərpa proqramı çərçivəsində təqdim olunmalı idi. Tranşın dayandırılmasına səbəb Rumıniyada Dövlət müəssisələrinin fəaliyyət göstəricilərini monitorinq və qiymətləndirmə agentliyinə rəhbərin Avropa Komissiyasının meyarlarına uyğun seçilməməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti