Bakı. Trend:
Uzun illərdir arzuladığımız doğma yurda - Laçına qovuşduğuma sevinirəm.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Fərhad Həsənov deyib.
Onun sözlərinə görə, bu illər ərzində hər zaman Laçına qayıdacağı günü gözləyib.
"Mən körpə ikən valideynlərim Laçınə tərk etmək məcburiyyətində qalıblar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun",- deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.