Bakı. Trend:
Elm adamları kosmosdan hər 44 dəqiqədən bir Yerə siqnal göndərən sirli bir obyekt kəşf ediblər.
Trend xəbər verir ki, bu obyekt “ASKAP J1832-0911” adlandırılıb və yalnız radio dalğaları deyil, həm də X-şüaları yayır.
Alimlər hələlik onun tam olaraq nə olduğunu müəyyən edə bilməyiblər, lakin obyektin daha əvvəl müşahidə edilmiş heç bir göy cisminə bənzəmədiyi və özünəməxsus xüsusiyyətlərə malik olduğu vurğulanır.
Qeyd edək ki, tədqiqat qrupunun üzvü Zieng Wang-ın fikrincə, bu kəşf bizi fizikanın yeni bir sahəsinin qapısına apara bilər.