Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,38 ABŞ dolları və ya 0,56% azalaraq, 66,91 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,78 dollar/barel, minimum isə 66,29 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 65,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,31 ABŞ dolları və ya 0,47% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 66,53 dollar/barel, minimum isə 65,09 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,66 ABŞ dolları və ya 1,26% azalaraq 51,69 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,46 dollar/barel, minimum isə 51,10 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,36% ucuzlaşaraq, 64,57 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 65,51 dollar/barel, minimum isə 63,83 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
26.05.2025 |
27.05.2025 |
28.05.2025 |
29.05.2025 |
30.05.2025 |
Orta qiymət |
Azeri LT CIF |
- |
$66,43 |
$67,78 |
$67,15 |
$66,29 |
$66,91 |
Azeri Light FOB Ceyhan |
- |
$65,15 |
$66,53 |
$65,92 |
$65,09 |
$65,67 |
Urals (EX NOVO) |
- |
$51,10 |
$52,46 |
$51,90 |
$51,29 |
$51,69 |
Dated Brent |
- |
$64,26 |
$65,51 |
$64,70 |
$63,83 |
$64,57 |
Qeyd edək ki, 26 may Böyük Britaniyada dövlət bayramı olduğundan həmin tarixə aid göstəricilər açıqlanmayıb.