...

Paytaxtın bu küçəsində 4 hərəkət zolağı olacaq - AYNA

Gündəm Materials 30 May 2025 17:45 (UTC +04:00)
Paytaxtın bu küçəsində 4 hərəkət zolağı olacaq - AYNA
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Fətəli xan Xoyski küçəsi, “Gənclik Mall”un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq.

"“Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.

Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq.

Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti