Bakı. Trend:
"Atalanta"nın baş məşqçisi Can Pyeronun Qasperini "Roma" ilə anlaşıb.
Trend-in məlumatına görə, 67 yaşlı mütəxəssis paytaxt klubuyla 3 illik ilkin müqavilə imzalayıb. Bununla da Qasperini 9 il çalışdığı Berqamo təmsilçisindən ayrılmağa qərar verib.
O, "Atalanta"nın sükanı arxasında 439 oyunda 228 qələbə, 101 heç-heçə və 110 məğlubiyyətlə yadda qalıb. Qasperini komandasına 2023/2024 mövsümündə UEFA Avropa Liqasının titulunu qazandırıb və klub tarixində əlamətdar uğura imza atıb.
Xatırladaq ki, geridə qalan mövsümdə "Roma"ya Kladio Ranyeri rəhbərlik edib və komanda A Seriyasını 5-ci pillədə başa vurub.