...

Azad edilmiş ərazilərdə mobil telekommunikasiya xidmətlərinin təşkili üçün 340 baza stansiyası quraşdırılıb

Telekommunikasiya Materials 30 May 2025 17:50 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda işğaldan azad edilmiş ərazilərdə ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 9 televiziya və 17 radio proqramının yayımı həyata keçirilir.

Trend xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov deyib.

O qeyd edib ki, mobil telekommunikasiya xidmətlərinin təşkili üçün ümumilikdə 340 baza stansiyası quraşdırılıb.

"Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir", - deyə nazirinin müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti