Bakı. Trend:
Bütün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarını arzulayıram.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Nicat Kamalov deyib.
Onun sözlərinə görə, uzun illər torpaq həsrəti ilə yaşayıb və bu həsrətə artıq son qoyulur.
"Allah bütün keçmiş məcburi köçkünlərə öz ata-baba yurdlarına qayıtmağı qismət eləsin. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.