Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Böyük Britaniyaya 137,3 milyon ABŞ dolları dəyərində 244 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 126,3 milyon ABŞ dolları və ya 12,5 dəfə, həcm ifadəsində isə 223,4 min ton və ya 11,9 dəfə çoxdur.
Dövr ərzində Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.