Bakı. Trend:
31.05.2025-ci il tarixində saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.
"Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - qurumdan əlavə olunub.