...

Azərbaycan səfiri Keniyada minatəmizləmə sahəsində dövlətlərarası əməkdaşlığı müzakirə edib (FOTO)

Gündəm Materials 31 May 2025 13:13 (UTC +04:00)
Azərbaycan səfiri Keniyada minatəmizləmə sahəsində dövlətlərarası əməkdaşlığı müzakirə edib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın minatəmizləmə sahəsində mübarizədə dövlətlərarası tərəfdaşlığın təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev 28 may 2025-ci il tarixində Keniyanın Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərdiyi Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Joys Sitienei ilə görüşüb.

Trend Azərbaycan Keniyadakı Səfirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Mərkəzin iqamətgahında baş tutmuş görüş zamanı səfir tərəfindən xanım direktora səfirliyin fəaliyyət tarixçəsi, ölkəmizin Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanan inkişaf yolu, dövlət başçımızın rəhbərliyi altında uğurla davam etdirilən Azərbaycanın keçmiş məcburi köçkünlərinin məskunlaşdırılması üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Proqram” haqqında məlumat verilib.

Səfir ölkəmizin Ermənistanın 30 illik işğalı nəticəsində dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrildiyini, bu səbəbdən dağıntı və insan tələfatı haqqında xanım direktoru məlumatandırıb.

Bu gün məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına geri qayıdışı üçün minaların ən böyük maneə olaraq qaldığı qeyd olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) humanitar minatəmizləmə sahəsində gördüyü işlər haqqında Beynəlxalq Mərkəzin direktoruna məlumat verən səfir, ölkəmizin humanitar minatəmizləmə sahəsində qabaqcıl texnologiyaları (minaların yerini müəyyən edən dronlar, peyk dəstəyi, minaaxtaran itlər) tətbiq edən dövlətlərdən biri olduğunu bildirib.

Beynəlxalq Minatəmizləmə Təlim Mərkəzi kimi tanınan Məktəbin 2005-ci ildə Böyük Britaniya və Keniyanın birgə təşəbbüsü olaraq, minaların sosial, iqtisadi və ətraf mühitə təsirinin azaldılmasına yönəlmiş minatəmizləmə əməliyyatlarında iştirak edəcək regional hərbi personalın potensialının artırılması məqsədilə yaradılması qeyd olunub.

Görüş zamanı, IPSTC-nin Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən müvafiq qurumu ilə əməkdaşlığın qurulması, hər iki ölkənin təcrübəsinin öyrənilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacib olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti